EN

Gümüş medal qazanan Azərbaycan gimnastı: Fəxri kürsüdə yer aldığım üçün çox sevincliyəm

Şəki, 7 oktyabr, AZƏRTAC

Fəxri kürsüdə yer aldığım üçün çox sevincliyəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri III MDB Oyunlarında gümüş medal qazanan Azərbaycanın bədii gimnastı Azadə Atakişiyeva deyib.

Çoxnövçülükdə fərqlənən idmançı çıxışı zamanı bəzi səhvlərə yol verdiyini söyləyib: “Bu səbəbdən qızıl medal qazana bilmədim. Amma azarkeşlərimizə təşəkkür edirəm. Mənə çox dəstək oldular. Vətəndə belə nəticəyə imza atmaq doğrudan da qürurvericidir”.

Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.

Chosen
69
1
azertag.az

2Sources