EN

Papua Yeni Qvineyada 6,7 bal gücündə zəlzələ baş verib

Bakı, 7 oktyabr, AZƏRTAC

Papua-Yeni Qvineyanın şərq hissəsində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 76 min əhalisi olan Lae şəhərindən 19 kilometr qərb istiqamətində yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Chosen
83
azertag.az

1Sources