Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası yaşanıb.
90deqiqe.Az-ın məlumatına görə, mövsümə zəif start verən "Kayserispor" baş məşqçi Markus Qisdolla yollarını ayırıb.
Bu barədə klubun prezidenti Nurəddin Açıkalın məlumat verib. O, alman mütəxəssislə rəsmi şəkildə vidalaşdıqlarını açıqlayıb.
Açıkalın əlavə edib ki, yeni baş məşqçi ilə bağlı danışıqlar davam etdirilir və klub rəhbərliyi onu sabah başlayacaq Antalya təlim-məşq toplanışına qədər komandaya təqdim etməyə çalışır.
Qeyd edək ki, Markus Qisdol bu mövsüm Super Liqada vəzifəsindən ayrılan altıncı baş məşqçi olub. Ondan əvvəl aşağıdakı mütəxəssislərlə də yollar ayrılmışdı:
İsmet Taşdemir
Ole Qunnar Sulşer
Joze Mourinyo
Çağdaş Atan
Səlçuk Şahin