EN

Çövkən yığmasının baş məşqçisi: Bugünkü nailiyyətimiz Azərbaycan atçılığı üçün çox yüksək nəticədir VİDEO

Şəki, 7 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

İlk dəfədir MDB Oyunlarında çövkən oyunu ilə iştirak etmişik. Yarış çox yüksək səviyyədə keçirildi. Təşkilatçılara minnətdarlığımızı bildiririk. Bugünkü nailiyyətimiz Azərbaycan atçılığı üçün çox yüksək nəticədir və mən buna çox sevinirəm.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Azərbaycanın çövkən üzrə yığma komandasının baş məşqçisi Namiq Orucov Şəkidə keçirilən final qarşılaşmasından sonra jurnalistlərə açıqlaması zamanı deyib.

“Ümumiyyətlə, bu yarışın keçirilməsi beynəlxalq çövkən oyunlarında da böyük bir sıçrayış, addımdır. Çox şadıq ki, artıq 50-yə yaxın ölkə çövkən oyunu ilə bağlı təşkilata üzv olub. Bu da onu göstərir ki, növbəti illərdə belə yarışlarda komandaların sayı artıq 6 deyil, 10-15 də ola bilər”, - deyə Namiq Orucov vurğulayıb.

Chosen
23
azertag.az

1Sources