EN

Xarici səfirlər Gürcüstan XİN-ə çağırıldı

Bu gün, oktyabrın 7-də Gürcüstan Xarici İşlər Nazirliyində (XİN) ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüş keçirilib.

Modern.az xÉ™bÉ™r verir ki, XİN-in mÉ™lumatıa görÉ™, görüşün É™sas mövzusu yerli seçkilÉ™r vÉ™ 4 oktyabr hadisÉ™lÉ™ri olub.

Gürcüstanın xarici iÅŸlÉ™r naziri Maka BoçoriÅŸvili bu ölkÉ™dÉ™ akkreditÉ™ olunmuÅŸ sÉ™firlÉ™rin nazirliyÉ™ sÉ™fÉ™rini ÅŸÉ™rh edib. O qeyd edib ki, diplomatlar töhmÉ™tÉ™ çağırılmayıb; onlara 4 oktyabr hadisÉ™lÉ™ri ilÉ™ baÄŸlı obyektiv mÉ™lumat verilib.

BoçoriÅŸvili bildirib ki, müzakirÉ™lÉ™rdÉ™ beynÉ™lxalq ictimaiyyÉ™tin vÉ™ "bir çox hallarda hadisÉ™lÉ™ri tÉ™hrif edÉ™n, Gürcüstan haqqında yanlış tÉ™sÉ™vvürlÉ™r yaradan" aktorların reaksiyasına toxunulub.

Xatırladaq ki, oktyabrın 4-də yerli seçkilər günü Tbilisidə müxalifətin etiraz aksiyası keçirilib. Həmin gün bir qrup etirazçı Prezident sarayının darvazalarını sındırıb. Polislə toqquşma baş verib.

6 etirazçı və 21 polis əməkdaşı yaralanıb.

Avropa İttifaqı bəyanat yayaraq, "müxalifətə qarşı geniş təzyiqlər fonunda şənbə günü Gürcüstanda yerli seçkilər keçirildiyini" qeyd edib.

Chosen
34
1
modern.az

2Sources