Gəncədə keçirilən III MDB Oyunları çərçivəsində bədii gimnastika yarışlarında Azərbaycan millisinin iki üzvü final mərhələsinə vəsiqə qazanıb.
90deqiqe.Az-ın məlumatına görə, Fidan Qurbanlı gürzlərlə, Şəms Ağahüseynova isə lentlərlə hərəkətlərin icrasında finalda iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, bədii gimnastika üzrə yarışlara oktyabrın 8-də yekun vurulacaq.
Azərbaycan gimnastlarının finalda uğurlu çıxış edəcəyi və medal qazanacağı gözlənilir.