Bu, bütün Türk xalqlarının zəfəridir – Mirziyayev
Azərbaycanın Ermənistanla imzalanan Birgə Bəyannaməsi bütün Türk xalqlarının zəfəridir.BUTA.TV xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şövkət Mirziyayev bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib. "Bu tarixi sənəd iqtisadi, ticari, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları təqdim edir", - Mirziyayyev əlavə edib.