Bakı. Trend:
Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi(AZPROMO) bundan sonra da Almaniya və Azərbaycan şirkətləriarasında körpü rolunu oynayacaq.
Trend xəbər verirki, bunu AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva“Maliyyə kəsişməsində innovasiyalar və texnologiyalar” mövzusundaİxracın Maliyyələşməsi üzrə Yüksək Səviyyəli Almaniya-AzərbaycanKonfransında deyib.
“Azərbaycan Almaniya ilə fəal əməkdaşlıq edir və bu əməkdaşlıqtəxminən 80 sazişi əhatə edən möhkəm qanunverici bazaya malikdir.Bildiyiniz kimi, bu ilin may ayında Alman Şərq BiznesiAssosiasiyasının sədri Mixael Harmsın səfəri zamanı 2025–2026-cıilləri əhatə edən yeni ‘yol xəritəsi’ imzalanıb. Bu sənəd elektrikavtobuslarının yığılması, dəmir yolu infrastrukturununmodernləşdirilməsi, eləcə də hidrogen energetikası, suyuntəmizlənməsi və duzsuzlaşdırılması sahələrində layihələri əhatəedir”,- deyə o qeyd edib.
S.Yəhyaeva bildirib ki, agentlik Azərbaycanda əlverişli biznesmühitinin dəstəklənməsində mühüm rol oynayır və həm ixracatçılara,həm də investorlarına geniş spektrdə xidmətlər təqdim edir.
“Biz bazar haqqında məlumat, tənzimləyici məsələlərlə bağlıməsləhətlər təqdim edir, həmçinin dövlət qurumları ilə əlaqələrinqurulmasına kömək edirik. AZPROMO həmçinin investorlar üçün ‘birpəncərə’ prinsipi əsasında fəaliyyət göstərir, onları addım-addımmüşayiət edərək - Azərbaycanda ilk addımlardan layihənin yerindətamamlanmasına qədər dəstək göstərir”,- deyə o əlavə edib.