EN

12 saatlıq uzun yolçuluq zamanı bu şəkli çəkdi Mbappe cavab verdi

ain.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Madrid "Real"ının yarımmüdafiəçisi Arda Güler sosial şəbəkədə komanda yoldaşı Kilian Mbappenin Qazaxıstandan qayıdarkən təyyarədə yatarkən çəkdiyi fotosunu paylaşıb. 

QOL.az xəbər verir ki, fransalı futbolçusu isə bu fotoya münasibət bildirib. 

Sentyabrın 30-da "Real" Almatıda keçirilən Çempionlar Liqasının ümumi mərhələsinin 2-ci turunda "Kayrat"ı 5:0 hesabı ilə məğlub edib. Mbappe həmin oyunda het-trik edib.

"Qazaxıstana səyahət asan olmadı, qardaşım", – deyə Mbappe fotonu şərh edib.

Madridlə Almatı arasındakı məsafə 6400 km-dir. "Real"ın İspaniyadan Qazaxıstana uçuşunun təxminən 12 saat çəkdiyi güman olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
2
qol.az

3Sources