PSJ ilə Fransa Futbol Federasiyası (FFF) arasında gərginlik yaşanır.
Publika.az xəbər verir ki, Paris klubu milli komandanın mətbuat xidməti tərəfindən komandanın yarımmüdafiəçisi Bredli Barkolanın xroniki dizaltı əzələ zədəsi barədə yayımlanan məlumata qəzəblənib. Fransa çempionunun sosial şəbəkə hesabında məsələ ilə bağlı açıqlama dərc olunub:
"PSJ Fransa Futbol Federasiyasının Barkolanın sağlamlığı ilə bağlı yaydığı press-relizdən təəccüblənib. Mətbuat xidmətinin paylaşdığı məlumat nə reallığa, nə də PSJ həkimlərinin rəyinə uyğun gəlir. Toplanışdan əvvəl biz Fransa millisinin heyətinə göndərdiyimiz tibbi hesabatda Barkolanın heç bir xroniki zədəsinin olmadığını bildirmişdik. Həmçinin bütün tərəflərin xeyrinə olaraq tibbi məxfilik prinsipinə əməl edilməsində israr edirik".
FFF Bredli Barkolanın zədə səbəbindən yığmanın düşərgəsinsini tərk etdiyini açıqlayıb.