EN

BMT: Qəzza üçün bir ümid parıltısı var və biz onu yaşatmalıyıq

Mia.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Qəzza üçün bir ümid parıltısı var və biz onu yaşatmalıyıq"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu BMT baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer deyib.

O, son iki ildir İsrailin hücumu altında olan Qəzzadakı hadislərin dəhşətli fəlakət olduğunu vurğulayaraq, bundan sonra mülki vətəndaşları qorumaq və humanitar yardım axınını təminetmək üçün son sülh danışıqlarının mühim əhəmiyyət daşıdığını deyib: "Biz prosesi çox yaxından izləyirik. Artıq Qəzzada atəşkəs olmalı, insanlar dinc, qorxusuz və normal həyatını yaşamalıdır" Xatırladaq ki, 2023-cü il oktyabrın 8-dən İsrailin Qəzza zolağına başlayan hücumundan bu günədək bölgədə aralarında qadın və uşaqların da olduğu ən azı 67 160 fələstinli ölüb, 169 679 nəfər isə yaralanıb.

Tahir Şəlvəli

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
mia.az

1Sources