EN

Qazaxıstan Ermənistanla razılığa gəldi

BAKI, 7 oktyabr. TELEQRAF

Qazaxıstan Xarici İşlər Nazirliyində İrəvan və Astana arasında ikitərəfli siyasi məsləhətləşmələr keçirilib.

Teleqraf xəbər verir ki, tədbirə Ermənistan və Qazaxıstan xarici işlər nazirlərinin müavinləri sədrlik edib.

Qeyd olunub ki, məsləhətləşmələr zamanı tərəflər ikitərəfli və çoxtərəfli formatlarda, o cümlədən regional inteqrasiya strukturları çərçivəsində Qazaxıstan-Ermənistan əməkdaşlığının cari gündəliyini müzakirə edib, qarşıdan gələn ikitərəfli tədbirlərin qrafikini razılaşdırıblar.

“Danışıqların yekunu üzrə tərəflər Qazaxıstan-Ermənistan əməkdaşlığının daha da gücləndirilməsi üçün Xarici İşlər nazirlikləri arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər”, - Qazaxıstan XİN-in açıqlamasında bildirilib.

Chosen
16
teleqraf.com

1Sources