EN

Mərkəzi Bank investisiya şirkətlərinin mənfəətliliyinin azalmasının səbəbini açıqladı

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) investisiya şirkətlərininmənfəətliliyinin azalmasının səbəblərini açıqlayıb.

Trend xəbərverir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoruTərlan Rəsulov maliyyə sabitliyinə dair keçirilən mətbuatkonfransında məlumat verib.

Onun sözlərinə görə, investisiya şirkətlərinin gəlirliliyistabil qalsa da, xərcləri artıb: "Xərclərin artması onlarıninfrastruktura qoyduğu İnvestisiyalar, eyni zamanda texnologiyayainvestisiyalar, təhlükəsizlik tədbirlərinin artması və AMBtərəfindən tətbiq edilən standartların artırılması ilə bağlıdır.Təbii ki, növbəti dövrdə bu xərclərin artım dinamikasındadavamlılıq gözləmirik. Müəyyən stabilləşmə olacaq".

Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2025-cüilin ilk yarısı ərzində investisiya şirkətlərinin xalis mənfəəti67% (2.9 milyon manat) azalaraq 1.5 milyon manat olub.

AMB-nin məlumatına görə, investisiya şirkətlərinin xalismənfəətində azalmanı şərtləndirən əsas amillər artan haqq vəkomissiya, əmək haqqı və sosial xərclər, habelə, inzibati xərclərolub.

Məqalədə:
Chosen
86
az.trend.az

1Sources