EN

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşüb (FOTO)

Qəbələ. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın7-də Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri QurbanquluBerdiməhəmmədov ilə görüşüb.

Trend xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov TürkmənistanPrezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizinbaşçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi,onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağıxahiş etdi.

Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan XalqMəsləhətinin Sədri ilə görüşləri, həmçinin onun bu ilin iyulundaölkəmizə səfəri məmnunluqla xatırlandı.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdəkeçiriləcək 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, busammitin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi vəxalqlararası əlaqələrin daha da inkişaf etdirilməsində roluvurğulandı.

Görüşdə qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinəəsaslanan Azərbaycan-Türkmənistan dövlətlərarası əlaqələrininhazırkı səviyyəsi yüksək qiymətləndirildi, xalqlarımızı dərinqardaşlıq ənənələrinin birləşdirdiyi qeyd olundu. Siyasi, iqtisadi,nəqliyyat, energetika, parlamentlərarası, humanitar, mədəni, təhsilvə digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulandı,ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığınatoxunuldu.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin Sədriəməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsiapardılar.

Azərbaycan
Chosen
10
48
az.trend.az

10Sources