EN

Milyarderin üç ortağı həbs edilib

ain.az bildirir, Reyting.az portalına istinadən.

Moskvanın Basmannı məhkəməsi Dağıstanda saxlanılan və sifarişli qətllərin təşkilində ittiham olunan iş adamı İbrahim Süleymanovun üç şərikini həbs edib.Reyting.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadla yazıb. “Məhkəmə ibtidai istintaq orqanlarının Süleymanovun Dağıstandan Moskvaya köçürülmüş 3 ortağı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib”, - agentliyin mənbəsi bildirib.Onlar adam öldürməyə cəhddə ittiham olunsalar da, heç biri özünü təqsirli hesab etmir.Bundan əvvəl hüquq-mühafizə orqanlarının nümayəndələri TASS-a bildiriblər ki, Dağıstanda Süleymanovun ən azı üç şəriki saxlanılıb. Müstəntiqlərin fikrincə, onlar 2021-ci ildə bir iş adamının sifarişi ilə qətlə cəhddə iştirak ediblər.Xatırladaq ki, Süleymanov oktyabrın 3-də Moskvanın Basmannı məhkəməsi tərəfindən iki sifarişli qətlin təşkilində və adam öldürməyə cəhddə ittiham olunaraq həbs edilib. O, özünü təqsirli hesab etmir.V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
reyting.az

2Sources