EN

Teymur Musayevin yerinə iki namizəd var...

Səhiyyə naziri Teymur Musayevin yaxın zamanda öz postu ilə vidalaşacağı deyilir.

Hurriyyet.az xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumatlara görə, yeni nazir vəzifəsi ilə bağlı bir neçə deputatın adı hallandırılır.

Onlar arasında ən çox adı çəkilən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov və komitənin üzvü Soltan Məmmədovdur.

Pravda.az R.Mahmudovun rəyini öyrənməyə çalışsa da, deputat bu haqda fikir bildirməyə ehtiyac olmadığını bildirib.

Xatırladaq ki, Teymur Musayev 2022-ci ildən səhiyyə naziri vəzifəsinə təyin edilib. Gununsesi.info saytının yaydığı məlumata görə, bir müddət bundan əvvəl Səhiyyə Nazirliyində aparılan yoxlamaların nəticəsi barədə mənfi rəy verilib. Nazirliyin vəzifəli şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi və istintaqa ifadələri zamanı məsuliyyətin rəhbərliyin üzərinə atılması da bu qərara ciddi təsir edib. T.Musayevlə bağlı xəbərdə o da bildirilir ki, ona nazirlikdə bəzi mühüm vəzifələrə təyinat etmək qadağan edilib.

Chosen
16
7
hurriyyet.az

8Sources