EN

DYP Şabranda baş verən ağır qəzanın görüntülərini yaydı

Baş Dövlət Yol Polisi İdarəsi ötən gün Şabranda baş verən ağır qəzanın görüntülərini yayıb.

Bu barədə Publika.az-a Baş Dövlət Yol Polisi İdarəsi məlumat verilib.

Bildirilib ki, Bakı–Quba avtomobil yolunun 136-cı kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş veib.

İlkin ehtimala əsasən, yüksək sürətlə idarə olunan "Mercedes" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq ağaclara çırpılıb.

Chosen
67
6
publika.az

8Sources