EN

Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək - II MDB Oyunları

III MDB Oyunları çərçivəsində bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Şəkidə çövkən üzrə qızıl medal uğrunda matçda Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək.

Şəkidə eyni zamanda bədii gimnastika yarışları davam edəcək.

Gəncə İdman Sarayında qılıncoynatmada növbəti qaliblər müəyyənləşəcək.

Gəncə Olimpiya İdman Kompleksində isə yunan-Roma güləşi üzrə turnirin mükafatçılarının adlarına aydınlıq gələcək.

III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.

Chosen
12
1
sportinfo.az

10Sources