
Yeni elmi araşdırmaya görə, gündəlik kifayət qədər su içməyən insanlarda stress zamanı kortizol hormonunun səviyyəsi daha çox artır. Bu, az miqdarda su qəbulunun uzunmüddətli sağlamlıq riskləri ilə əlaqəsini izah edir.Ulusum.az xəbər verir ki, ABŞ-da aparılan və “Journal of Applied Physiology” jurnalında dərc olunan araşdırmaya görə, kifayət qədər su içməyən şəxslərin orqanizmində psixososial stress zamanı kortizol hormonunun ifrazı daha yüksək olur. Bu isə onların stresə qarşı daha həssas olmalarına səbəb ola bilər.Bu da zamanla metabolik, böyrək və ürək-damar xəstəlikləri riskini artırır.Tədqiqat zamanı iştirakçılar gündəlik su qəbuluna görə 2 qrupa bölünüb: çox və az su içənlər. Stress testindən sonra hər 2 qrupda kortizol səviyyəsində artım müşahidə edilsə də, az su içənlərdə bu reaksiya daha güclü olub. Bu da orqanizmin susuz qaldıqda stressə daha həssas olduğunu göstərir.Alimlər bildirib ki, yetərli maye qəbul etmək yalnız fiziki deyil, psixoloji sağlamlıq üçün də önəmlidir.R.Daşdəmirova
Diqqət Çəkənlər
BUZOVNADA NƏLƏRLƏ QARŞILAŞDIQ? — Tarix, Ruh və Dinə Bağlılıq Məkanı VİDEO
Gəncədə faciəvi yol-nəqliyyat hadisəsi baş verib VİDEO
Uşaqlarda Qızdırma Zamanı Spirt, Sirkə və Yoddan İstifadə Etmək Olarmı? VİDEO