EN

Bu il nağdsız daşınmaz əmlak alan vətəndaşlara 22,6 mln. manatdan çox ƏDV qaytarılıb

BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə vətəndaşlara qatarılan ƏDV-nin həcmi açıqlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, 2025-cü ilin yanvar - sentyabr aylarında yaşayış və qeyri-yaşayış sahələrinin alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılan həcmi 22 milyon 670,0 min manat təşkil edib.

Chosen
10
13
teleqraf.com

10Sources