EN

ABŞ-ın Sakramento şəhərində tibbi helikopter qəzaya uğrayıb, xəsarət alanlar var

ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərində qəzaya uğrayan tibbi helikopter şoseyə düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Kanalın məlumatına əsasən, hadisə nəticəsində ən azı üç nəfər ağır xəsarət alıb. Hava gəmisinin xəstəxanaya, yaxud xəstəxanadan uçduğu hələlik məlum deyil.

Hadisə yerinin ətrafındakı şose bağlanıb, səbəb barədə məlumat verilməyib.

Chosen
26
2
ikisahil.az

3Sources