EN

HSBC, Brent nefti üzrə qiymət proqnozunu dəyişmədi

Dünyanın ən böyük bank və maliyyə xidmətləri institutlarından biri, dörd qlobal biznes istiqaməti vasitəsilə milyonlarla müştəriyə xidmət göstərən HSBC, 2025-ci ilin dördüncü rübü və 2026-cı il üçün Brent markalı neftin qiymət proqnozunu bir barel üçün 65 dollar səviyyəsində saxladığını açıqlayıb.

Marja.az-ın məlumatına görə, Bank bildirib ki, OECD ölkələrində ehtiyatların artması halında qiymətlər üçün aşağı istiqamətli risklər mövcuddur.

HSBC həmçinin “yalnız Səudiyyə Ərəbistanının real ehtiyat hasilat gücünə malik olduğu” bardə fikirlər ilə qəti şəkildə razı olmadığını vurğulayıb. Maliyyə qurumu Birləşmiş Ərəb Əmirlikləri, İraq və Küveytdə hasilatın artacağını gözləyir.

HSBC Brent nefti neft qiyməti 65 dollar 2025 2026 proqnoz OECD ehtiyatlar risk Səudiyyə Ərəbistanı istehsal gücü Birləşmiş Ərəb Əmirlikləri İraq Küveyt hasilat artımı enerji bazarı qlobal neft qiymət gözləntisi beynəlxalq maliyyə ForInvest
Chosen
28
1
marja.az

2Sources