EN

BİZİM TƏQVİM:7 oktyabrda baş vermiş tarixi hadisələr

Bizim media saytından verilən məlumata görə, ain.az xəbər verir.

2020-ci ilin bu günündə Azərbaycan ordusu düşmənin 10-dək tankını, 6 ədəd D-20 topunu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusunu, 30-dək avtomobil texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edib. Oktyabrın 7-də Ermənistan qoşunları tərəfindən işğal edilmiş Hadrutda və ona bitişik kənd və yüksəkliklərdə döyüşlər başlayəb və oktyabrın 15-də uğurla yekunlaşıb.Bəs, oktyabrın 7-də dünyada daha hansı hadisələr baş verib?1. 7 oktyabr 1337-ci ildə İngiltərə kralı 3-cü Edvırdın Fransa taxtı üçün haqq iddia etməsilə 116 il davam edəcək Yüz İllik Müharibə başlandı.2. 7 oktyabr 1737-ci ildə baş verən zəlzələnin səbəb olduğu dalğalar Hindistanda 300 min nəfərin həlakına gətirib çıxardı.3. 1769-cu ilin 7 oktyabrında ingilis dəniz səyyahı Kapitan Kuk Yeni Zelandiya adalarını kəşf edib.4. 7 oktyabr 1806-cı ildə Karbon kağızına Ralf Vecvud tərəfindən ilk patent alınıb. Görmə məhdudiyyəti olan insanlar üçün nəzərdə tutulan stenoqrafiya yazı alətində istifadə edilən kağızın hər iki tərəfi istifadədən əvvəl mürəkkəblə isladılırdı.5. 1826-cı ilin bu günündə ABŞ-da ilk dəmir yolu xətti istifadəyə verilib.6. 7 oktyabr 1950-ci ildə Çin Tibeti işğal etməyə başladı.7. 1950-ci ilin bu günündə Tereza Ana Xeyriyyə Fondu yaradılıb. 8. 1963-cü ilin 7 oktyabr günü “Flora” qasırğası Haiti və Dominikan Cümhuriyyətində 7 min insanın həyatını itirməsinə səbəb olub.9. 7 oktyabr 1975-ci ildə Achille Lauro adlı sərnişin gəmisi fələstinli silahlılar tərəfindən oğurlanıb.10. 7 oktyabr 1991-ci ildə 17 Noyabr Terror Təşkilatı Türkiyənin Afina səfirliyi mətbuat attaşesinin müavini Çətin Görgünü şəhid etdi.11. 7 oktyabr 1992-ci ildə Azərbaycan Ali Soveti MDB-yə daxil olmağın əleyhinə səs verib.12. 7 oktyabr 2001-ci ildə ABŞ “Terrorla mübarizə” adı altında Əfqanıstanı bombalamağa başladı.13. 2015-ci ilin 7 oktyabr tarixində Prof. Dr. Əziz Sancar Nobel Kimya mükafatına layiq görülən ilk Türk oldu.14. 7 oktyabr - Dünya təbəssüm günüdür.  Amerikalı reklam meneceri Harvey Ball 1963-cü ildə məşhur “Smiley”, yəni gülümsəmə ikonasını hazırlayıb. Bu ikona bütün dünyada xoşbəxtlik və yaxşı niyyət simvoluna çevrilib. Elə bu səbəbdən də 1999-cu ildən oktyabrın ilk cüməsi Dünya təbəssüm günü kimi qeyd edilir.Oktyabrın 7-də bu şəxsiyyətlər xatırlanır:1. 7 oktyabr 1915 – Rus şairi Marqarita Aliger (1915-1992) anadan olub. Poemaları: “İgidlərin xatirəsinə”, “Zoya” və s.2. 1952-ci ilin bu günündə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin anadan olub.3. 7 oktyabr 1921-ci ildə Əməkdar mədəniyyət işçisi, kino təşkilatçısı Gita Bessantina (1921-2000) anadan olub.4. 7 oktyabr 2021-ci ildə  Əməkdar rəssam, heykəltaraş Namiq Dadaşov (27.11.1945 – 2021) vəfat edib. O, Üzeyir Hacıbəyli və Bülbülün Şuşa şəhərindəki büstlərinin, Bakıda Fikrət Əmirovun heykəlinin müəllifidir.5. Azərbaycan baş leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov 7 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb. 6. Azərbaycan kapitanı, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Musibov 7 oktyabr 2020-ci ildə şəhid olub.Surxay Atakişiyev, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
54
22
bizim.media

10Sources