EN

ABŞ-Venesuela münasibətləri gərginləşə bilər

BAKI, 7 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp administrasiyasına Venesuela ilə diplomatik danışıqları dayandırmağı əmr edib.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

Qəzetin məlumatına görə, Trampın xüsusi nümayəndəsi Riçard Qrenell bir neçə ay ərzində Venesuela rəhbərliyi, o cümlədən Prezident Nikolas Maduro ilə əlaqələri davam etdiririb. Lakin Tramp ötən həftə bütün diplomatik kontaktları dayandırmağı əmr edib. Dövlət katibi Marko Rubio isə Qrenellin səylərinin nəticəsiz və çaşdırıcı olduğunu vurğulayıb.

İşlərin bu cür inkişafı ABŞ və Venesuela arasında gərginliyin artması üçün imkan yaradır. Tramp administrasiyası artıq mümkün hərbi əməliyyat planlarını hazırlayıb və onların Maduro hökumətinə qarşı tədbirləri də əhatə edə biləcəyi bildirilir.

ABŞ Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərsiz olmaqda günahlandırır.

Chosen
62
teleqraf.com

1Sources