EN

Azərbaycanla Qazaxıstan arasında strateji tərəfdaşlıq məsələləri müzakirə olundu

Oktyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Yermek Koşerbayev ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Yermek Koşerbayevi bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı Azərbaycan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub, ölkələrimiz arasında baş tutan ali və yüksək səviyyəli təmasların əməkdaşlığımızın inkişafındakı müstəsna rolu vurğulanıb.

Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, eləcə də regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Siyasi, iqtisadi, ticarət, nəqliyyat, kommunikasiyalar, humanitar və sair istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Chosen
23
3
publika.az

5Sources