EN

TDT-nin Qəbələdə keçiriləcək Zirvə Görüşündə “TDT+” formatının yaradılması nəzərdə tutulur

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları ŞurasınınAzərbaycanda baş tutacaq 12-ci Zirvə Görüşündə təşkilata üzvolmayan ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə “TDT+”formatının təsis edilməsi planlaşdırılır.

Trend xəbər verir ki, bubarədə TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev bildirib.

“Zirvə çərçivəsində əməkdaşlığın genişləndirilməsinə dair qərarqəbul ediləcək. Yeni "TDT+" formatı üzv olmayan üçüncü ölkələrləbirgə fəaliyyətə imkan yaradacaq”, – deyə o vurğulayıb.

Baş katibin sözlərinə görə, təhlükəsizlik məsələləri əvvəlkizirvələrdə olduğu kimi bu dəfə də gündəmdə qalacaq.

“Bununla belə, bu dəfə əsas diqqət iqtisadi sahəyə yönələcək.Nəqliyyat, logistika və infrastruktur əlaqələri kimi mövzulariqtisadi gündəliyin əsas istiqamətlərini təşkil edəcək. Bu sahələrbütün üzv dövlətlər üçün strateji əhəmiyyət kəsb edir”, –Ömüralıyev əlavə edib.

Xatırladaq ki, Türk Dövlətləri Təşkilatının Dövlət BaşçılarıŞurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü “Regional sülh vətəhlükəsizlik” mövzusuna həsr olunacaq.

Chosen
48
1
az.trend.az

2Sources