EN

Depay millidə ilk oyununu buraxa bilər

Braziliyadan Niderland milli komandası düşərgəsinə yola düşməli olan hücumçu Memfis Depay pasportunu tapa bilməyib.

90deqiqe.Az "NOS”a istinadən xəbər verir ki, sənədin oğurlandığı güman edilir.

Depay buna baxmayaraq hava limanına gedib, lakin təbii ki, uçuşa buraxılmayıb. İndi futbolçu problemi həll etməyə çalışır və gözlənilir ki, Niderland millisinin düşərgəsinə bir qədər gec çatacaq.

Milli komandanın baş məşqçisi Ronald Kuman mətbuat konfransında vəziyyətə təəssüfünü bildirib. Kumanın sözlərinə görə, Depay yaxın oyunlarda start heyətində yer ala bilməyəcək.

Chosen
21
90deqiqe.az

1Sources