EN

Ən saf 5 bürc Qəlbləri çox təmizdir

Metbuat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Astrologiyada hər bürcün özünəməxsus xüsusiyyətləri var. Bəziləri strateq, bəziləri lider ruhlu, bəziləri isə tam mənası ilə "məsumluğun təcəssümü"dür.

Metbuat.az xarici KİV-ə istinadən ən saf, ən xoşniyyətli və ən səmimi bürcləri təqdim edir. Əlbəttə ki, hər bir fərd fərqlidir; bürclər yalnız ümumi meylləri əks etdirir.

Qız

Qız bürcləri təbiətlərinə görə dürüst, titiz və yardımsevərdir. İnsanlara faydalı olmaq istəyir, adətən pis niyyətli planlardan uzaq dururlar. Onların saflığı bəzən həddindən artıq təvazökar olmalarına səbəb ola bilər. Səmimiyyətləri ilə ətraflarına güvən verirlər.

Xərçəng

Xərçəng bürcləri həddindən artıq emosional və sevdiklərinə qarşı son dərəcə qoruyucudurlar. Ümumiyyətlə heç kimi incitmək istəmirlər, küsməkləri belə əslində daxillərindəki saf sevgidən qaynaqlanır. Saflığı, sadiqliyi və səmimiyyəti ilə ən məsum bürclər arasında yer alır.

Balıq

Balıq bürcləri əsasən xəyal dünyasında yaşayan, kövrək və yaxşı qəlbli fərdlərdir. Hər kəsə yaxşılıqla yanaşma meylləri, bəzən aldadılmalarına səbəb ola bilər. Lakin bu vəziyyət belə onların məsumluğundan heç nə əskiltməz. Bağışlamağı bilən, yumşaq xasiyyətli şəxsiyyətləri ilə diqqət çəkirlər.

Buğa

Buğa bürcləri möhkəm xarakterlidir, yalan və fırıldaqdan heç xoşlanmazlar. Sevdiklərinə qarşı son dərəcə sadiq və dürüstdürlər. Yaxşı niyyətlərindən sui-istifadə edənlərə qarşı səbirləri tükənsə də, ümumilikdə təmiz qəlblidirlər və qarşılıq gözləmədən yaxşılıq edirlər.

Oxatan

Oxatan bürcü müsbət enerjisi və şən təbiəti ilə ətrafına ümid aşılayır. Adətən səmimi danışırlar, düşünmədən açıq sözlü olmaları bəzən başlarına iş açsa da, bu, onların pis niyyətli olduğunu deyil, həddindən artıq saf olduqlarını göstərir. Təbiilikləri onları məsumluğun simvolu halına gətirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
35
1
metbuat.az

10Sources