EN

Bouen "Vest Hem"i tərk edə bilər

“Vest Hem”in kapitanı Cerrod Bouen yayda komandadan ayrılmağı nəzərdən keçirə bilər.

90deqiqe.Az “Football Insider”ə istinadən xəbər verir ki, 28 yaşlı cinah oyunçusu Nunu Eşpiritu Santunun rəhbərliyi altında komandanın nəticələri yaxşılaşmasa, növbəti yay “Vest Hem”dən ayrılmaq imkanını qiymətləndirəcək. Bouen daha yüksək səviyyədə oynamaq arzusundadır.

Qeyd olunur ki, klub onun mövqeyində əlverişli vəziyyətdədir, çünki oyunçu 2023-cü ildə 7 illik müqavilə imzalayıb və bu müqavilə 2030-cu ilə qədər etibarlıdır.

Cari mövsümdə Bouen bütün turnirlərdə 8 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Chosen
27
90deqiqe.az

1Sources