EN

İsrail Sukot bayramı günlərində döyüş hazırlığını artıracaq

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi Eyal Zamir bir həftəlik Sukkot bayramı zamanı döyüş hazırlığı səviyyəsinin ən yüksək həddə çatdırılması barədə göstəriş verib.

525.az xəbər verir ki, bu barədə Ordunun mətbuat xidməti məlumat yayıb.

“Baş Qərargah rəisi Sukot bayramı zamanı döyüş hazırlığı səviyyəsini ən yüksək səviyyəyə qaldırmağa göstəriş verib”, - açıqlamada deyilir

Oktyabrın 6-da gün batanda israillilər yeddi günlük Sukot bayramını  qeyd etməyə başlayırlar. Bu, yəhudilərin Misirdən çıxmasını və vəd edilmiş diyara səyahətini xatırladır. Eyni zamanda, kənd təsərrüfatı ilinin sonunda və məhsul yığımında qeyd olunan şükranlıq bayramıdır.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
100
525.az

1Sources