EN

Ucar sakini su hovuzuna düşərək ölüb

Ucar sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Qaracallı kəndində baş verib.

Belə ki, kənd sakini, 1973-cü il təvəllüdlü İntiqam Vaqif oğlu Zahidov həyətində olan su hovuzuna düşərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
52
3
apa.az

10Sources