EN

Britaniya İran neft şirkətinin Londondakı binasının müsadirəsi ilə bağlı qərarı qüvvədə saxladı

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Böyük Britaniyanın Apellyasiya Məhkəməsi Londonda İranın Milli Neft Şirkətinə (NIOC) məxsus binanın müsadirəsi ilə bağlı əvvəlki qərarı qüvvədə saxlayıb. Qərar Birləşmiş Ərəb Əmirliklərinin "Crescent" şirkətinə 2.4 milyard ABŞ dolları məbləğində arbitraj təzminatının öfənilməsi ilə bağlı verilən qərara əsaslanır.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, NIOC apellyasiya şikayəti verərək binanın müsadirəsinin qarşısını almağa cəhd etsə də, məhkəmə müraciəti rədd edib.

Xatırladaq ki, 2024-cü il aprelin 17-də Britaniya məhkəməsi tərəfindən müsadirə edilən və "NIOC House" kimi tanınan bina Londonda, Britaniya Parlamentinin yaxınlığında yerləşir və təxminən 50 ildir İrana məxsusdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
oxu.az

1Sources