Qızlardan ibarət 3x3 basketbol üzrə Azərbaycan millisi III MDB Oyunlarında finala vəsiqə qazanıb.
Far.Az report-a istinadən xəbər verir ki, yığma yarımfinalda Özbəkistan kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 22:10.
Komandamız finalda Rusiya-Belarus cütünün qalibi ilə qarşılaşacaq.