Şabran rayonunun Şahnəzərli kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Yenisabah.az FHN-ə istinadla xəbər verir ki, qəza yerinə ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
“Mercedes” markalı minik avtomobili idarəetməni itirərək ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Pepperoni pizza
Nəqliyyat vasitəsindən 1 nəfərin meyiti çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
Ölən sürücü Quba rayonunun Kələnov kənd sakini Elşən Rzaquliyevdir.
Telegram kanalımız