EN

Saakaşviliyə ağır zərbə: Bitdi!

BAKI, 6 oktyabr. TELEQRAF

“Vahid Milli Hərəkat Partiyası) və onun bölgələrdəki təşkilatları məsələsi artıq bitib”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın “Xalqın Gücü” hərəkatının üzvü Quram Maçaraşvili deyib.

“Hüquqi baxımdan hər şeyi edəcəyik ki, Gürcüstanda artıq nə Vahid Milli Hərəkat, nə də onun təşkilatları mövcud olsun. Məğlubiyyətdən başqa nə gözləyirdilər? Müxalifətin lideri kimi əvvəl Salome Zurabişvilini, sonra Paata Burçuladzeni irəli sürmüşdülər”, – siyasətçi bildirib.

Quram Maçaraşvili iddia edib ki, hakimiyyəti devirmək niyyətində olan müxalifət seçkilərdə məğlubiyyətə uğrayıb:

“4 oktyabr hadisələrindən dərhal sonra bir çox liderlər bu proseslərdən uzaqlaşıblar, çünki başa düşdülər ki, Vahid Milli Hərəkat və təşkilatları hər sahədə məğlub olub”.

Söhbət sabiq prezident Mixail Saakaşvili təsisçisi və lideri olduğu partiyadan gedir.

Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. Seçkilərdə hakim “Gürcü Arzusu” Partiyası qələbəsini elan edib. Bundan sonra müxalifət Tbilisidə etiraz aksiyalarına başlayıb.

Chosen
71
teleqraf.com

1Sources