EN

İsrail Qreta Tunberq də daxil olmaqla 171 fəalı deportasiya edib

Ajans.az yerli KİV-lərə istinadən xəbər verir ki, deportasiya olunanlar Yunanıstan və Slovakiyaya göndəriliblər. Fəalların son günlərdə İsrailin Qəzzadakı hərbi əməliyyatlarına qarşı etiraz aksiyalarında iştirak etdikləri bildirilir. İsrail rəsmiləri onların ölkədə qalmasının “ictimai asayiş və təhlükəsizlik üçün risk” yaratdığını əsas gətiriblər.

Qeyd edək ki, Qreta Tunberq son aylarda İsrailin hərbi addımlarını açıq şəkildə tənqid edir və fələstinlilərə dəstəyini ifadə edirdi.

Chosen
74
Ajans.az

1Sources