EN

P. Diddy-yə qarşı yeni iddia

Ajans.az Radar Online-a istinadən xəbər verir ki,keçmiş stajçı “John Doe” bildirib ki, 2014-cü ildə reperin təşkil etdiyi məclisdə ona narkotik verilib, sonradan isə cinsi təcavüzə məruz qalıb. Bir neçə ay sonra o, HİV-ə yoluxduğunu öyrənib. İddiaçı reperin hadisədə birbaşa iştirakını təsdiqləməsə də, məsuliyyəti onun təşkil etdiyi tədbirlə əlaqələndirir və psixoloji zərər səbəbilə təzminat tələb edir.

Şon Kombsun vəkilləri ittihamları “uydurma və əsassız” adlandıraraq rədd ediblər. Bu, P.Diddy-yə qarşı irəli sürülən çoxsaylı ittihamlardan biridir.

Chosen
71
Ajans.az

1Sources