EN

Hələb ətrafında mülkilərə hücum edilməyib - Suriya

BAKI, TurkicWorld, Nailə Babazadə

Suriya Müdafiə Nazirliyi, SDQ (Suriya Demokratik Qüvvələri) adından istifadə edən PKK/YPG terror qruplaşmasının "Suriya ordusunun Hələb ətrafındakı Deyr Hafir bölgəsindəki mülki yaşayış məntəqələrinə hücum etdiyi" iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

TurkicWorld xəbər verir ki, nazirliyin yaydığı açıqlamada, SDQ-nin (PKK/YPG) Hələb bölgəsində mülki əhaliyə hücumlar təşkil edildiyi ilə bağlı iddialarının tamamilə əsassız olduğu vurğulanıb.

Açıqlamada qeyd olunub ki, bu cür ittihamlarla SDQ, Suriyada mülki şəxslərə qarşı törətdiyi cinayətləri və bölgədəki sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərini ört-basdır etməyə çalışır.

Nazirlik əlavə edib ki, Suriya ordusu PKK/YPG-nin son günlərdə Hələbin şərqində yerləşən Həmaymə və əl-Qayta kəndlərinə qarşı həyata keçirdiyi hücumlara cavab verib. Bildirilib ki, ordu vəziyyətə təmkinlə yanaşıb və məhdud şəkildə cavab tədbirləri görüb.

Chosen
86
7
turkic.world

8Sources