EN

Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin edildi


İtaliyalı mütəxəssis Fabio Kannavaro futbol üzrə Özbəkistan milli komandasının baş məşqçisi təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Özbəkistan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, məşqçinin müqavilə müddəti dəqiqləşdirilməyib. Özbəkistan millisi ilk dəfə 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanıb.
Qeyd edək ki, Kannavaronun 52 yaşı var. Onun məşqçilik karyerasına İtaliyanın “Udineze” və “Benevento”, Səudiyyə Ərəbistanının “Əl-Nassr”, Çinin “Quançjou” və “Tyanjin” klubları və Xorvatiyanın “Dinamo Zaqreb” klubları daxaildir.
Bir oyunçu kimi Kannavaro 2006-cı ildə “Qızıl Top”u qazanıb. Elə həmin il İtaliya millisi ilə dünya çempionatının qalibi olub.
Klub səviyyəsində Kannavaro İtaliyanın “Napoli”, “Parma”, “İnter” və “Yuventus”, İspaniyanın “Real Madrid” və BƏƏ-nin “Əl-Əhli” klublarında çıxış edib.
Chosen
26
yeniavaz.com

1Sources