BAKI, 6 oktyabr. TELEQRAF
İtaliya millisinin sabiq futbolçusu Fabio Kannavaro Özbəkistan millisinin baş məşqçisi təyin olunub.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı çalışdırıcı yığmanı tarixində ilk dəfə iştirak edəcəyi 2026-cı il dünya çempionatına çıxaracaq.
Kannavaronun maaşı ildə təxminən 4 milyon avro olacaq.
Qeyd edək ki, Fabio Kannavaro əvvəllər Çinin “Everqrand”, Səudiyyə Ərəbistanının “Əl-Nassr”, Çin millisi, İtaliyanın “Benevento” və “Udineze”, Xorvatiyanın “Dinamo Zaqreb” klublarını çalışdırıb. Kannavaro Dünya Çempionu və 2006-cı ildə “Qızıl top”un qalibidir.