Bakı. Trend:
Cari ilin sentyabrın 1-nə Azərbaycanda iri sahibkarlıqsubyektlərinə verilən kreditlərin həcmi 8,035 milyard manat təşkiledib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankına istinadən xəbərverir.
Məlumata görə, bu, cari ilin avqust ayının 1-i ilə müqayisədə186,7 milyon manat və ya 2,3% az, ötən ilin eyni dövrünə nisbətənisə 186,7 milyon manat və ya 2,4% çoxdur.
Belə ki, cari ilin avqust ayının 1-nə Azərbaycanda irisahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,221 milyardmanat, 2024-cü ilin sentyabrın 1-nə isə 7,848 milyard manatidi.
Qeyd edək ki, bu ilin sentyabr ayının 1-nə Azərbaycanbanklarının biznes kredit portfelinin həcmi 15,092 milyard manattəşkil edib.