EN

Vodolatski: "Aİ kəşfiyyatı Cənubi Qafqazı güdür"

Bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Viktor Vodolatski "TASS" xəbər agentliyinəmüsahibəsindədilə gətirib. O, bələdiyyə seçkiləri fonunda Gürcüstanın paytaxtı Tbilisi şəhərində meydana gələn iğtişaşlara münasibət bildirib.

"Həm Avropa İttifaqının, həm də ayrı-ayrılıqda Avropa ölkələrinin kəşfiyyat xidmətləri istənilən postsovet ölkəsini təhlükə sayır. Həmin təşkilatlar belə qənaətdədirlər ki, adları çəkilən ölkələr "bəşəri dəyərlər, dərin tarixi köklər üçün bəladır".Onlar possovet məkanını qarışdırmaq, buradakı dövlətləri sürüyə çevirmək, vaxtı ikən Ukraynanın düşdüyü tələyə salmaq məqsədi güdürlər",- Viktor Vodolatski deyib.

Birinci müavin vurğulayıb ki, Avropa İttifaqı hazırda "yol ayrıcında qalan" digər ölkələrlə əlaqədar da oxşar siyasət yürüdür:"Bu ölkələr Ukraynada baş verənlərdən nümunə götürməlidirlər".

Firudin Həmidli
AzVision.az
Chosen
81
1
azvision.az

2Sources