EN

Ulusumun Mətbəxində: Qoz şirniyyatı

Ulusumun

Uşaqlığımızın dadı: Qoz şirniyyatıTərkibi:- 125 q kərə yağı (otaq temperaturunda) - 100 q şəkər tozu - 2 ədəd yumurta - 1 paket qabartma tozu - 1 paket vanil - 400 q ələnmiş un - 1 qutu (350 q) qatılaşdırılmış süd (doşenka) - 100 q doğranmış qoz və ya badam Hazırlanması:1. Kərə yağı və şəkər tozunu bir qabda yaxşıca qarışdırın. 2. Yumurtaları əlavə edib mikserlə krem halına gələnədək çalın. 3. Vanil, qabartma tozu və unu hissə-hissə əlavə edib yumşaq, ələ yapışmayan xəmir yoğurun. 4. Xəmirdən təxminən 6 qramlıq kiçik kündələr düzəldin. 5. Qoz formalı qəlibdə ocağın üzərində hər iki tərəfini qızarana qədər bişirin. İçlik üçün:- Qatılaşdırılmış südü (doşenkanı) 10–15 dəqiqə bişirərək bir qədər qatılaşdırın. - İçinə doğranmış qoz və ya badam əlavə edin. - Bişmiş qoz yarılarının arasına bu içlikdən qoyaraq birləşdirin. Sonda xırt-xırt, içi karamelli və qozlu — əsl əfsanəvi ləzzət!

Diqqət Çəkənlər

Polifenol Nedir? Polifenol Faydaları Polifenollarla Zəngin Qidalar

BUZOVNADA NƏLƏRLƏ QARŞILAŞDIQ? — Tarix, Ruh və Dinə Bağlılıq Məkanı VİDEO

Gələn il pensiyalar artacaq: Artım nə qədər olacaq?

Chosen
66
ulusum.az

1Sources