"Monako" klubu baş məşqçisi Adi Hütterlə yollarını ayıra bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Almaniyalı mütəxəssis yığma komandaların oyununa görə yaranan fasilədə işini itirə bilər.

A. Hütter 2023-cü ilin yayından burada çalışır.

"Monako" hazırda 13 xalla Fransa çempionatında 5-ci yerdədir.