EN

Fransa Baş nazirinin istefasından sonra avro ucuzlaşıb

Bu gün Fransanın Baş naziri Sebastyan Lekornyunun istefası xəbərindən sonra avro ABŞ dolları qarşısında 0,77 % dəyər itirib.

FED.az xəbər verir ki, bu, ticarət məlumatlarında öz əksini tapıb.

Belə ki, 1 avronun məzənnəsi 1,1743 ABŞ dollarından 1,1653 ABŞ dollarına düşüb.

Paralel olaraq 1 ABŞ dollarının yapon yeninə nisbətən məzənnəsi artıb. Belə ki, 1 dollar əvvəlki bağlanışdakı 147,45 yendən 150,19 yenə yüksəlib. Dollar indeksi (ABŞ-nin ticarət tərəfdaşı olan 6 ölkənin valyuta səbətinə nisbətdə məzənnə) isə 0,78 % artaraq 98,48 bəndə çatıb. (Report)

Chosen
51
2
fed.az

3Sources