EN

Güclü qar Everestdə minlərlə insanın geriyə yolunu bağlayıb

Oxumeni.az saytına istinadən ain.az xəbər verir.

Güclü qar Everestdə minlərlə insanın geriyə yolunu bağlayıb

Dağdakı düşərgələri tərk etmələrinə mane olan qar fırtınası səbəbindən Tibetdə minə yaxın insan Everestin şərq yamacında sıxışıb qalıb. Bu barədə “Reuters” məlumat yayıb.

Əhalinin dəniz səviyyəsindən 4900 metrdən yuxarı ərazidə yerləşdiyi bildirilir. Yüzlərlə yerli sakin və xilasedicilər qarı təmizləyərək, qapalı qalan insanlara çatmağa çalışıblar. Bəzi turistlər təxliyə edilib.

Çovğuna çevrilən güclü qar oktyabrın 3-də başlayıb və oktyabrın 4-ü gün ərzində davam edib. Nəticədə bilet satışı dayandırılıb, səlahiyyətlilər turistlərin dağa getməsinə qadağa qoyub.

Nepalda, Everestin o biri tərəfində yağan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub. Onlar yolları bağlayıb, körpüləri yuyub aparıblar, ən azı 47 nəfər həlak olub. Hindistan sərhədi yaxınlığında torpaq sürüşməsi nəticəsində daha 35 nəfər ölüb. Daşqınlardan sonra 9 nəfər itkin düşüb, 3 nəfər isə ildırım vurması nəticəsində ölüb.

Əziz Mustafa

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
1
oxumeni.az

2Sources