BAKI, 6 oktyabr. TELEQRAF
İspaniyanın “Selta” klubu 69 il əvvəlki antirekordunu təkrarlayıb.
Teleqraf xəbər verir ki, bu, La Liqanın VIII turu çərçivəsində doğma meydanda 1:1 hesablı heç-heçə etdikləri oyunda baş verib.
Komandanın aktivində 6 heç-heçə və 2 məğlubiyyət var. Bu nəticə ilə “Selta” La Liqa tarixindəki ən zəif startını təkrarlayıb.
Qeyd edək ki, “Selta” bundan əvvəl ilk səkkiz turda qələbə qazana bilmədiyi mövsümə 1956-cı ildə başlamışdı. Həmin vaxt komanda 4 heç-heçə və 4 məğlubiyyətlə kifayətlənmiş, mövsümün sonunda isə 13-cü yeri tutaraq elitada qalmağı bacarmışdı.