Suriyada PKK/YPG terror təşkilatının üzvləri Hələb şəhərinin Deyr Hafir bölgəsində mülki yaşayış məntəqələrinə hücum edib.
Redaktor.az xəbər verir ki, SANA terrorçular Deyr Hafir bölgəsindəki Humeyma və əl-Keyta kəndlərini kiçik çaplı raketlər və artilleriya qurğularından atəşə tutublar.
Suriya ordusu cavab atəşi ilə terrorçuları susdurub və təşkilat üzvlərinə qarşı əməliyyat başladılıb.