EN

Canluici Buffonun oğlu A Seriyasında debüt etdi

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliyanın əfsanəvi qapıçısı Canluici Buffonun oğlu Lui Buffon A Seriyasında ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, 17 yaşlı hücumçu VI turda “Piza” klubunun heyətində “Bolonya” ilə oyunun (0:4) 77-ci dəqiqəsində meydana daxil olub.

Bu, Luinin atasının A Seriyasında debütündən düz 30 il sonra baş verib.

Qeyd edək ki, Lui Buffon anasının xətti ilə Çexiya vətəndaşıdır və bu ölkənin yeniyetmələrdən ibarət yığmasında üç oyun keçirib. Buna baxmayaraq, o, müxtəlif yaş qrupları üzrə İtaliya yığmalarında oynamaq hüququnu da saxlayır.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
38
1
icma.az

2Sources