ain.az, Olke.az portalına istinadən məlumat verir.
Dağıstanın keçmiş səhiyyə naziri Tatyana Belyayeva saxlanılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, Belyaeva Stavropol diyarında saxlanılıb.
O, dələduzluqda (Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi) şübhəli bilinir.
Mahaçqalanın Kirovski Rayon Məhkəməsi Belyayevanın barəsində dekabrın 3-dək iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
Tatyana Belyaeva 2022-2024-cü illərdə respublikanın Səhiyyə Nazirliyinə rəhbərlik edib.(publika.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.